Türkiyədən Politika.Az-a Lənkəranski barəsində açıqlama

 
 
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub
 
Lənkəranskinin yaaması barədə müxtəlif informasiyalar yayılır.
 
Rövşən Lənkəranskinin sağ qalması və ya ölməsi ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Politika.Az-ın əməkdaşı "İstanbul Emniyet Müdürlüğü” ilə əlaqə saxlayıb. İdarənin əməkdaşı bildirib ki, bu barədə telefonlar heç bir məlumat verə bilmərik: "Heç bir məlumat verə bilmərik. Bəlkə Siz onun düşmənlərisiniz və onun ölüb ölmədiyini dəqiqləşdirmək istəyirsiniz. Buna görə heç bir informasiya verə bilmərik”.
 
****
 
 
Verilən məlumata görə, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.
 
Hadisə haqqında Türkiyə medası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.
 
Faktla bağlı təfərrüatları əldə etməyə çalışırıq.
 
Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-NO-011-dir.