​Türkiyədən Ermənistana xəbərdarlıq

 
Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası seysmik zonada yerləşir və qonşu ölkələrin daim narahatlığına səbəb olur.
 
Axar.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayraq Beynəxalq Atom Enerji Agentliyi (UAEA) toplantısında deyib.
 
Nazir istifadə müddəti ötmüş bu kimi stansiyaların Türkiyə üçün böyük təhlükə yaratdığını bildirib:
 
“Metsamor AES Türkiyə sərhədindən sadəcə 16 kilometr uzaqlıqda yerləşir. Təhlükəsizlik tədbirləri görülməyən bu stansiya qonşu ölkələr üçün böyük təhlükədir. Bu səbəbdən, Metsamor AES bağlanılmalıdır. Dünya Çernobıl qəzasından sonra növbəti bir faciə ilə üzləşə bilməz”.