Türkiyədən ermənilərə solaxay sərhəd və Qarabağ şilləsi - NATO qalmaqalı

 
Türkiyə-Ermənistan sərhədlərinin açılması zaman-zaman gündəmə gəlib
 
Politika.Az bir neçə ay əvvəl bu barədə məlumat vermişdi.
 
Üçlük formatının Dağlıq Qarabağ probleminin həllinə nail olması sərhədlərin açılması ilə nəticələnəcək. Artıq yazdıqlarımız yenidən aktuallaşıb və rəsmi Ankaradan açıqlamalar gəlməkdədir.
 
Azərbaycan torpaqlarının işğalına son qoyarsa, Türkiyə Ermənistanla sərhədləri açacaq. Bunu Türkiyə baş nazirinin müavini Mehmet Şimşək İstanbulda NATO Parlament Assambleyasının 62-ci sessiyasında deyib.
 
Sessiya iştirakçılarından birinin "niyə Ermənistanla sərhədi açmırsınız" sualına cavab olaraq M.Şimşək diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib.
Türkiyə prezidenti Tayyib Ərdoğan baş nazir olduğu dövrdə də açıq şəkildə qeyd edib ki, Ermənistanla sərhədlərin açılması Dağlıq Qarabağın azad edilməsindən keçir.
 
Ərdoğan bu açıqlama ilə həm Türkiyədə, həm Bakıda olarkən çıxış edib. bir neçə il qabaq Sürix protokollarının imzalanması zamanı Ermənistanla sərhədlərin açılması gündəmdə idi.
 
Az qala Əhməd Davudoğlu xarici işlər naziri vəzfəsində olarkən bu məsələ artıq Ermənistanın xeyrinə həll olunurdu. Ancaq Azərbaycan rəsmilərinin və ictimaiyyətinin qınağı nəticəsində Ankara geri çəkildi. Hazırda bu məsələ yenidən aktuallığını qazanıb.
 
Politika.Az xəbər verir ki, NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.
 
Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” ittihamı M.Çavuşoğlunun sərt reaksiyasına səbəb olub.
 
Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu deyib: "Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu?
 
Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir".
 
M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni "dostlarının" dürüst davranmadığını deyib.
 
Bəzi ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara Türkiyənin də qoşulması İrəvanla sərhədlərin açılmasını müzakirə predmetinə çevirə bilər.
 
Rusiya və ABŞ-la bərabər Türkiyənin də danışıqlar prosesinə aktiv qoşulması ehtimal yaradır ki, rəsmi Ankara Qarabağın həllindən sonra Ermənistana qapılarını aça bilər.
 
Eyni zamanda Serj daxildəki hadisələrdən vaxt udaraq danışıqlar prosesini uzatmaq niyyətindədir.