Türkiyədən böyük uğur: Ordu Dabıka yaxınlaşır - Son 48 saat

 
Suriya müxalifləri İŞİD-in nəzarətində olan Dabık kəndinə yaxınlaşıb.
 
Axar.az xəbər verir ki, "Fərat qalxanı" əməliyyatının 41-ci günündə Suriyanın şimalında qərarlaşan İŞİD terrorçularının canlı qüvvəsi, silah anbarları məhv edilib. İŞİD-in 63 mövqeyinə "Fırtına" topları ilə 201 zərbə endirilib.
 
 
İŞİD-ə endirilən sarsıdıcı zərbələrdən sonra Türkiyənin dəstək verdiyi müxalif qüvvələr Dabık kəndinə yaxınlaşıblar. Sultan Murad diviziyasının komandiri açıqlamasında 48 saat ərzində Dabıkda nəzarəti ələ keçirəcəklərini bildirib.
 
Qeyd edək ki, İŞİD Dabıka daha çox önəm verir, belə ki, terrorçuların ən güclü olduğu məntəqələrdən biri məhz Dabıkdır. Bu kənd təşkilatın canlı qüvvə və təbliğatı baxımından strateji əhəmiyyət daşıyır.