Türkiyədən Almaniyaya tarixi güzəşt

Türkiyə ilə Almaniya arasında İncirlik bazasında hərbi obyektlərin yaradılması barədə ilkin razılıq əldə edilib.  
 
Axar.az xəbər verir ki, məsələ ilə bağlı sualları cavablandıran Almaniya Müdafiə Nazirliyinin sözçüsü danışıqlar prosesinin davam etdiyini bildirib: "Danışıqlar davam edir, ancaq əsas məsələlərdə razılaşma əldə edilib".   
 
Nazirliyin sözçüsü Adanadakı İncirlik hərbi bazasında Almaniya təyyarələri və xidmət edəcək şəxsi heyət üçün inşa edilməsi planlaşdırılan müəssisələr və əlavə infrastruktur işlərinin Türk-Alman Texniki Tənzimləmə Sazişi ilə rəsmiləşəcəyini bildirib.   
 
Qeyd edək ki, bir neçə gün öncə Almaniya Bundestaqının "erməni soyqırımı"nı tanıması iki ölkə arasındakı münasibətlərin kəskinləşəcəyi ehtimalını artırmışdı.