Türkiyədən Almaniyanı qəzəbləndirən addım – Gərginlik artır

Türkiyə Almaniyanın müdafiə nazirinin sözçüsü Ralf Brauksiepenin İncirlikdəki hərbi bazanı ziyarət etməsinə icazə verməyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi verdiyi açıqlamada məlumatı təsdiqləyib.
Məsələ almaniyalı rəsmilər tərəfindən sərt reaksiya ilə qarşılanıb. Xristian Sosial Birlik Partiyasının nümayəndəsi Florian Hahn Ankaranı məsuliyyətsizlikdə ittiham edib: "Bu, məntiqdən uzaq və NATO-nun müttəifi olan ölkəyə qarşı məsuliyyətsiz davranışdır. Almaniya Tornado kəşfiyyat təyyarələrini yerləşdirmək üçün İordaniyanın Amman hərbi hava bazası ilə yanaşı alternativ yer axtarmalıdır".
Sabiq müdafiə naziri Frans Jozef Yung Almaniyanın Türkiyənin bu addımını cavabsız qoymayacağını deyib. Yaşıllar prtiyasının nümayəndəsi Tobias Lindner Almaniyanı İncirlikdəki hərbi bazadan imtina etməli olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə mediasında yer alan məlumatlarda almaniyalı heyətin İncirlik hərbi bazasına buraxılmamasına səbəb kimi Bundestaqın qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərarın olduğu göstərilib.