Türkiyədən ABŞ-ın yeni prezidentinə - Şərt

 
Əgər Fətullah Gülən bizə təhvil verilsə, ABŞ ilə əlaqələrdə yeni bir səhifə açılacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın yeni prezidenti Donald Trampa təbrik mesajında deyib.
 
“Hörmətli Trampı təbrik edirik. Ona fəaliyyətində uğurlar arzulayırıq. Buradan yeni prezidentə səslənirəm, terrorçubaşını qısa müddətdə bizə verin, Türkiyə-ABŞ dostluğunda yeni səhifə açılsın”, - Binəli Yıldırım bildirib.