​Türkiyədən ABŞ-a sərt cavab — Gərginlik böyüyür

 
Türkiyənin Avropa İttifaqı işləri üzrə Naziri Ömər Çəlik ABŞ-ın Türkiyə ilə PYD arasında atəşkəs razılaşması əldə edilməsinə dair iddialarına sərt cavab verib.
 
Ölkə.Az xəbər verir ki, "Anadolu" agentliyinin suallarını cavablandıran Çelik bildirib:
 
"Bunu qətiyyətlə qəbul etmirik, Türkiyə ilə kürtlər arasında bir saziş bağlanması istiqamətində xəbərlər bəzi ölkələrin sözçüləri tərəfindən də dilə gətirilir. Türkiyə böyük, hüquqi dövlətdir. Bir terror təşkilatı ilə eyni səviyyəyə qoyularaq, aralarında bir anlaşma varmış kimi qiymətləndirilməsi doğru olmaz".
 
Çelik həmçinin bildirib ki, PYD-nin Suriyadakı fəaliyyətini bütün kürdlərin fəaliyyəti kimi qiymətləndirmək lazım deyil, bu yalnızca bir terror təşkilatının fəaliyyətidir.
 
Nazir Türkiyənin "Avropa İttifaqına yalnız Ərdoğan hakimiyyətdən getdikdən sonra qəbul ediləcəyini" bəyan etmiş Aİ Komissiya üzvü Günter Ottingerə də sərt cavab verib.
Çelik Ottingerin açıqlamalarını "mədəni irqçilik" kimi dəyərləndirib. O, Aİ-nin Xarici münasibətlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerninin 15 iyul hərbi çevriliş cəhdindən sonra söylədiyi fikirlərə də münasibət bildirib:
 
"Bizə doğru silah çeviriblər. Siz tərəflərə bir-birlərinə qarşı mülayim münasibət göstərməyi tövsiyə edirsiniz. Mənə qarşı silah tutan birinə qarşı mülayim münasibət göstərmək mənim tərəfimdə olmaq demək deyldir", - deyə Çelik vurğulayıb.
 
"Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Türkiyənin bu pula ehtiyacı var deyib. Türkiyənin o pula ehtiyacı yoxdur. İkincisi, Türkiyə satın alınacaq bir ölkə deyil. Han bu şəkildə danşmaqla Türkiyə ilə Aİ arasında yaranmış dialoqu və hüquqi müddətə ziyan verdiyini anlamalıdır",- deyə bildirib.