“Türkiyədəki erməni qırğınlarını yəhudilər törədib” - Amerikan professordan ŞOK...

Maykl Çikindas: ”Nyu-Yorkdakı 11 sentyabr terrorunu da İsrail təşkil edib...”
 
 
ABŞ-ın Nyu-Cersi ştatındakı Ərzaq, qidalanma və sağlamlıq İnstitutunun Həzm mərkəzinin rəhbəri olan, Rutgers Universitetinin Qida elmləri kafedrasının müəllimi, fəxri professor Maykl  Çikindas  sosial şəbəkələrdə antisemit  ismarışlarına görə müəllimlikdən və vəzifəsindən kənarlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, İsrail mediası bu haqda “The Daily Targum” nəşrinə istinadla xəbər yayıb.
 
Nəşrin bu  barədə dərc etdiyi məqalədə deyilir ki, professor M.Çikindas öz bloqunda “mamır basmış” antisemit baxışları yaymış - əyriburun yəhudilərin  karikaturalarını dərc edib. O iddia edir ki,  guya yəhudilər Hollivudda, Mərkəzi Bankda, yəni Federal Ehtiyat Sistemində, hakimiyyəəti ələ keçirib və  ABŞ hökumətinin fəaliyyətinə nəzarət edirlər.
 
Alim həmçinin, İsraili soyqırımı həyata keçirən  bir “terror dövləti” adlandırıb.  Professor gözlənilməz bir iddia da irəli sürüb ki, guya 1915-ci ildə Osmanlı ərazisindəki erməni qırğınını, gələcəkdə bunu “erməni soyqırımı” adlandırıb Türkiyəyə təzyiq etmək məqsədilə türkiyəli yəhudilər həyata keçirib...
 
Amerikan alimin fikrincə, 11 sentyarbr  2000-ci ildə Nyu-Yorkdakı məlum terror aktlarını da İsrail təşkil edib.
Professor Mayk Çikindasın işdən azad edilməsi  haqda petisiyanı  Rutgers Universitetinin 3200 tələbəsi  imzalayıb. Qeyd edilir ki, həmin universitet ABŞ-da yəhudilərin sayı ən çox olan təhsil ocağıdır. 
Antisemitizmdə suçlanan  məşhur alim-pedaqoqu “xüsusi maarifənmə kursu” keçməyə də məcbur edəcəklər.
 
Sultan Laçın

Загрузка...
Загрузка...