Türkiyədəki çevrilişin müəllifi ABŞ səfiridir - Şok iddia

 
15 iyuldan 5 ay əvvəl Türkiyədə çevriliş olacağı ilə bağlı məlumat yayan amerikalı jurnalist Villiyam Enqdahl ABŞ-ın bu ölkədəki səfiri Con Bassla bağlı maraqlı iddia ortaya atıb.
 
Axar.az xəbər verir ki, yazar  səfirlə bağlı “Biri çıxıb, çevrilişdə ABŞ səfirinin barmağı var desə heç təəccüblənmərəm “ ifadəsini işlədib.
 
“Hazırda üzərində işlədiyim bir məsələ var: “Demokratiya emalı”. Vaşinqton, Fridom Hause, Soros Vəqfi kimi dairələr həmin emalatla məşğuldurlar. Bu mexanizm Vaşinqtonun xoşuna gəlməyən, siyasi və iqtisadi əməllərin bir parçası olmayan hökumətləri devirmək vəzifəsini daşıyır. Önəmli ölkələrdə ABŞ səfirlərinə böyük vəzifələr tapşırılır. Son 30 ildə Vaşinqtondan Ankaraya göndərilən səfirlər ABŞ-ın geopolitikasında böyük rol oynayıblar. Eyni şey Rusiya, Ukrayna və Gürcüstan üçün də keçərlidir.  Bu səfirlər mövcud hakimiyyətləri devirərək, “rəngli inqilablar”ın ilkin müəllifi olurlar”, - Enqdahl bildirib.
 
Qeyd edək ki, Con Bassın adı Türkiyədəki hərbi çevriliş cəhdində bir neçə dəfə hallandırılıb.