Türkiyədə yeni çevriliş planı: “Ərdoğanı öldürün”

 

 
FETÖ rəhbəri Fətullah Gülən Türkiyədə ikinci çevriliş əmrini verib.
 
Publika.az xəbər verir ki, F.Gülən əsgər hücrələrinin hərəkətə keçmək üçün əmr gözlədiklərini deyib: “Beyindəki 10 milyard hücrə hərəkətə keçmək üçün əmir gözləyir. Allah onları ora qoyduğu üçün, o qədər əsgər orada olduğuna görə, məncə bununla çox şeyi fəth edə bilərsiniz. Amma zənn edirəm ki, onlar da yuxudadır”.
 
Qeyd edək ki, F. Gülənin söhbətləri zamanı istifadə etdiyi ifadələrlə öz tərəfdarlarına gizli əmir verdiyi deyilir. Türkiyədə 15 iyul dövlət çevriliş əmrini də belə verdiyi hesab olunur. Çevrilişin uğurlu olması üçün Ərdoğanın öldürülməsi əmrini də Gülənin verdiyi haqda məlumatlar var.
 
Bu baxımdan, onun son söhbətində işlətdiyi bu ifadələrin əslində ikinci çevriliş əmri olduğu düşünülür.