Türkiyədə təyyarə qəzası: yaralılar var - Video

 
Türkiyənin İstanbul şəhərində, Atatürk hava limanında qəzaya uğrayan özəl təyyarə ilə bağlı təfərrüat bəlli olub.
 
Axar.az xəbər verir ki, Kipr Ərcan hava limanına getmək üçün havaya qalxan təyyarənin pilotu bir müddət sonra təcili eniş üçün icazə istəyib. Daha sonra eniş edən təyyarə bəlli olmayan səbəblərdən eniş zolağından çıxaraq qəzaya uğrayıb və alovlanmağa başlayıb. Dərhal hadisə yerinə hava limanı və ətraf rayonlardan yanğınsöndürmə briqadaları cəlb edilib, alovun qarşısı alınıb.
 
Təyyarədə olan 2 pilot, 1 stüardessa və 1 sərnişin yaralanıb. Onlar hazırda xəstəxanaya yerləşdiriliblər.
 
Yanğın səbəbindən bir müddət axsayan uçuşlar işlərin tamamlanmasının sonra normal axarına düşüb.
 
Türkiyə Hava Yolları şirkətindən verilən açıqlamada qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.
 
Təyyarənin Türkiyənin iş adamlarından birinə aid olduğu iddia edilir.
 

Загрузка...
Загрузка...