​Türkiyədə terrorçularla atışma: İki əsgər şəhid oldu

Türkiyənin cənub-şərqində Hakkari vilayətində PKK terrorçuları qarşı aparılan əməliyyatlar zamanı iki əsgər şəhid olub, dördü yaralanıb.
 
Turaninfo.az Moderator.az-ın Hurriyet qəzetinə istinadən verdiyi məlumata görə, yaraqlılara qarşı əməliyyat bu gün yerli vaxtla saat 11:00 radələrində başlayıb.
 
Atışma zamanı dörd terrorçunun öldürüldüyü bildirilir.
 
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgəyə əlavə hərbi təyyarələr və helikopterlər göndərilib.