Türkiyədə terror təşkilatının 10 üzvü saxlanılıb

Türkiyədə "İslam dövləti" terror təşkilatının 10 üzvü həbs edilib. Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, həmin şəxslər Suriya ilə sərhəddə saxlanılıblar.
Bütün saxalanılan şəxslər Türkyə vətəndaşlarıdır. Onların arasında Türkiyədə baş vermiş terror hadisələrinin təşkilində şübhəli bilinənlər də var.
Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Partlayışın səbəbi minalanmış avtomobil olu