Türkiyədə tanınmış telekanal rəhbəri azyaşlı qızını illərlə zorlayırmış - ŞOK TƏFƏRRÜATLAR

Baxış sayı: 
117
0  
0  

Türkiyənin “MTV”, “Eurosport” kimi əyləncə və tematik telekanal sahibi Fatih Oflaz qızını cinsi istismara məruz qoymaqda ittiham edilir.

 Turaninfo.org xəbər verir ki, 2 il boyunca davam edən məhkəmədə onun barəsində qərar verilib.

Məhkəmənin qərarına görə onun cəzası 22 il 6 aydan 18 il 9 aya endirilib.

 

Qeyd edək ki, 17 şirkəti və milyon dollarlıq sərvəti olan F.Oflazın qızı məhkəmədə başına gələnləri danışıb. 

“Atam hər zaman despot bir insan olub. Hər şey onun istədiyi kimi olmalı idi. 7 yaş yarım olandan 15 yaşıma qədər davamlı olaraq atamın cinsi istismarına məruz qalmışam. Anamla ayrılandan sonra anamın məcburiyyəti ilə daim atamın evinə gedirdim. İllərlə heç nə demədim, heç nə olmamış kimi davranırdım. Lakin həmin illərdən etibarən gecələr yata bilmirəm. Axırda hadisəni danışıb gerçəklərlə üzləşməyə qərar verdim. Nə bu şikayət, nə də məhkəmənin qərarı mənim yaşadıqlarımı dəyişdirəcək. Mənim həyatım məhv oldu. Dünyada tək qalmışam. Ömür boyu bu xəstəliyə məhkum olacam”, - deyə qadın bildirib.

Загрузка...
Загрузка...