Türkiyədə sosial şəbəkələr bağlandı – Mediaya qadağalar tətbiq olundu

 
Türkiyədə Facebook, WhatsApp, İnstagram, Twitter və YouTube qadağan olunub.
 
Teleqraf.com xəbər verir ki, bununla bağlı TurkeyBlocks monitorinq qrupu məlumat yayıb. Məlumatda bildirilir ki, qadağa noyabrın 4-ü yerli vaxtla 01:20-dən etibarən qüvvəyə minib.
 
İlkin ehtimallara görə, qadağa ölkədəki əməliyyat şəraitini nəzərə alaraq, tətbiq olunur.
 
Bundan başqa, Türkiyə yayım şurası Diyarbəkirdəki partlayışla bağlı bütün media orqanlarına məlumat yaymağı müvəqqəti qadağan edib.
 
Qeyd edək ki, gecə saatlarında Türkiyədə 12 deputat saxlanılıb. Onlar terrorçuluqda ittiham olunurlar.