Türkiyədə Rusiya səfirliyi qarşısında atışma - yaralılar var

 

 
Türkiyənin İstanbul şəhərində yerləşən Rusiya səfirliyinin qarşısında silahlı atışma baş verib.
 
Missiya.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
 
İlkin məlumata görə, Rusiya konsulluğunun qarşısında baş verən mübahisə sonda silahlı atışma ilə nəticələnib. Bir nəfərin açdığı atəş nəticəsində iki nəfər yaralanıb. Hadisə yerinə polislər cəlb olunub.