Türkiyədə rekord həddə bahalaşma: insanlar dolları yandırdı

 
Türkiyədə fermerlər dollar və avronun sürətlə bahalaşmasına kəskin etiraz edib.
 
BAKU.WS-in məlumatına görə, Anadolunun ən böyük heyvan bazarlarından olan “Aksaray Heyvan bazarın”da fermerlər Avropa və ABŞ-a reaksiya olaraq dollar və avronu yandırıb.
 
Fermerlərin bu hərəkəti böyük səs-küyə səbəb olub. Dollar və avronun qiymətindəki artımdan zərər etdiklərini bildirən vətəndaşlar etirazlarını bu yolla göstərib.
 
Qeyd edək ki, Türkiyədə dollar türk lirəsi qarşısında bu gün 3,5250 TRY/USD-yə yüksəlib. Bu göstərici ilə lirə rekord həddə dollar qarşısında ucuzlaşıb.

Загрузка...
Загрузка...