Türkiyədə polis və mülki şəxsləri qətlə yetirən erməni əsilli hərbçilər olub - təfsilat

İnsanlara atəş açan hərbçilərin kimlik bilgisi güc orqanlarını şoka salıb
Məlum olduğu kimi, 15 iyun tarixində Türkiyədə həyata keçirilən hərbi çevriliş cəhdi zamanı xeyli sayda mülki vətəndaş və polis əməkdaşı şəhid edilib. İctimai və xidməti borcunu yerinə yetirən insanların öldürülməsi qardaş ölkədə ciddi rezonansa səbəb olub. Xüsusilə də, bəzi vətəndaşların tank tırtırlarının altına salınaraq xüsusi amansızlıqla öldürülməsi Türkiyə cəmiyyətində hiddət və lənətlə anılıb.
Türkiyədə mülki şəxsləri və polis əməkdaşlrını öldürən şəxslərin kimliyi ilə bağlı Politika.Az-a ilginc informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, sadə vətəndaşlara və polis əməkdaşlarına atəş açan, onları qətlə yetirənlər erməni əsilli hərbçilər olub. Belə ki, yaranmış xaos və qarşıdurmadan istifadə edən erməni əsilli hərbçilər vəziyyəti daha da dramatikləşdirmək, proseslərin daha qanlı xarakter almasını təmin etmək və ən əsası daha çox türkü qətlə yetirmək üçün mövcud fürsətdən yararlanmağa çalışıb. Başqa sözlə desək, türk hərbi mundirinə sahib ermənilər çevrilişdən türk xalqına qarşı növbəti qətliam fürsəti kimi istifadə edib.
Özəl mənbənin sözlərinə görə, erməni əsilli hərbçilərin qırğın və qətliamı genişləndirməsinə ilk növbədə hərb çevriliş cəhdində iştirak edən digər hərbçilər mane olub. Onlar niyyətlərinin insan öldürmək deyil, siyasi hakimiyyətə əl qoymaq olduqlarını bildirib.
Bilgili qaynağın sözlərinə görə, mülki vətəndaş və polisə atəş açan hərbçilərin şəxsiyyətinin araşdırılması zamanı onların erməni əsilli şəxslər olduğu öz təsdiqini tapıb. Güc orqanlarını şoka salan məlum faktla bağlı yaxın gələcəkdə bəzi siyasi qərarların alınacağı güman edilir.