Türkiyədə partlayış törədən “canlı bomba” kimliyi bilindi

Bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə partlayış törədən “canlı bomba”nın şəxsiyyəti müəyyənləşdirilib.
 Turaninfo.az-ın “Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, “canlı bomba”nın İŞİD terror təşkilatının üzvü İsmayıl Günəş olduğu üzə çıxıb.
 İ. Günəşin atası Süleyman Güneşin evində axtarış aparılıb. Polis tərəfindən saxlanılan zaman “Vətən bizim Vətənimiz, İslam bizim İslamımız” diyərək qışqıran S. Günəş 30 nəfərlik qrupun hücumuna məruz qalıb. Polis kütləni sakitləşdirib və S. Günəş saxlanılıb.
 İ. Günəşin anasının bir müddət əvvəl vəfat etdiyi və  anasının vəfatından sonra İ. Güneşin psixoloji durunun gərgin olduğu bildirilir. İ. Günəşin İŞİD üzvü olduğu da müəyyən edilib.
 Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.