Türkiyədə növbəti partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, PKK terrorçularının Mardində evlərdən birinə tələ kimi quraşdırdığı bombanın partlaması nəticəsində 2 polis şəhid olub, 2 əsgər isə yaralanıb.
Hadisə Mardinin Nusaybin qəsəbəsində baş verib. Bu qəsəbədə 14 martdan etibarən küçəyə çıxmaq qadağası tətbiq edilir. Nusaybinin Fırat məhəlləsində evdə quraşdırılan bombanın partlaması nəticəsində 1 əsgər yaralanıb.
Bundan sonra yaralı əsgəri xilas etmək üçün yoldaşları evə daxil olub. Bu zaman daha bir bombanın partlaması nəticəsində 3 nəfər də yaralanıb. 4 nəfər yaralıdan 2-si dünyasını dəyişib, qalan iki əsgərin isə vəziyyətinin yaxşı olduğu bildirilir.