Türkiyədə Karlov cinayətinin sirri açıldı - 697 fayl…

Baxış sayı: 
194

 
 
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı aparılan araşdırmalarda yeni məlumatlar üzə çıxıb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfirə sui-qəsddə ittiham olunan Mövlüd Mərd Altındaşın kompüterindən silinmiş fayllar bərpa olunub.
 
Bu işdə Türkiyə polisinə rusiyalı həmkarları yardım edib.
 
Ümumilikdə 697 faylın bərpa edildiyi bildirilir.
 
Sənədlərdən 2-si “Fətullah Gülən”, 690-ı “Hizmət”, 4-ü “FETÖ” və biri “Nur Camaatı” adını daşıyıb. Rusiyalı polislər bərpa edilmiş hard-diskdə “Əl-Qaidə”, “Əl-Nusra”, “İŞID” sözlərini axtarışa veriblər. Amma bununla bağlı heç bir məlumat aşkar edilməyib.
 
Prokurorluq Altındaşın FETÖ üzvü olduğunu və cinayətin də FETÖ tərəfindən təşkil edildiyini açıqlayıb.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...