TÜRKİYƏDƏ GÜCLÜ YANĞIN

 
Türkiyənin Kocaeli şəhərinin Dilovası bölgəsində yanğın baş verib.
Turaninfo.az  Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın divar kağızı istehsal edən fabrikin anbarında qeydə alınıb.
İlkin məlumata görə yanğın səbəbindən fabrikin damı çöküb. İlkin versiyaya görə, fabrikdə qaynaq edilərkən kənara sıçrayan qıvılcım yanğına səbəb olub. Yanğında ölən və ya yaralanan olmayıb.
Yanğınsöndürənlər yanğının geniş əraziyə yayılmasının qarşısını alıb.

Загрузка...
Загрузка...