Türkiyədə dövlət müəssisələrində çalışan 2756 nəfər işdən kənarlaşdırılıb

Baxış sayı: 
137

Türkiyə hökluməti dövlət müəssisələrində çalışan 2756 nəfəri işdən kənarlaşdırıb. Ankara bildirir ki, bunlar müxtəlif terrorçu qruplarla əlaqədə şübhəli bilinən şəxslərdir.
 
Lakin müstəqil təhlilçilər bunu ötən ilin çevriliş cəhdindən sonra prezident Ərdoğanın başlatdığı repressiyaların davamı kimi qiymətləndirirlər.
 
Rəsmi qəzetdə dekabrın 24-də dərc edilmiş hökumət sərəncamında deyilir ki, 637 hərbçi, 360 polis, 150 alim, ali məktəb müəllimi və başqaları vəsifələrindən kənarlaşdırılıblar.
 
Türkiyə hökuməti 2016-cı ilin çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin dayandığını iddia edir.
 
Bu arada Türkiyənin baş naziri Binali Yıldırım dekabrın 24-də deyib ki, gələn il hökumət və dövlət qulluğuna 110 min yeni işçi qəbul ediləcək.
 
Çevriliş cəhdindən bəri Gülen təşkilatı ilə əlaqəli olduqlarına dair iddialarla bağlı Türkiyədə 110 min insan işdən qovulub, daha 50 min nəfər həbs edilib.
 
Gülen ümumilikdə 240 nəfərin ölümü ilə nəticələnmiş çevriliş cəhdi ilə hər hansı əlaqəsini inkar edir.
 
Türkiyə hökuməti repressiyalara Gülen hərəkatı təhlükəsinin hələ də davam etməsi iddiası ilə haqq qazandırır.
 
Lakin beynəlxalq insan haqları qrupları Ərdoğanı repressiyaların əsnasında öz opponentlərinə divan tutmaqda ittiham edir.

Загрузка...
Загрузка...