Türkiyədə daha bir partlayış - ÖLƏNLƏR VAR

İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbul valisi Vasip Şahin açıqlayıb. O, partlayışı kamikadzenin törətdiyini, ölənlərdən birinin də məhz həmin terrorçu olduğunu bildirib. Yaralıların sayı 15 nəfərdir. Onlardan 3-nün durumu ağırdır.
Hadisə yerli vaxtla saat 10.55-də İstiqlal prospektindəki Balo sokak deyilən yerdə baş verib.
***
Türkiyənin İstanbul şəhərinin mərkəzində - İstiqlal prospektində partlayış baş verib.
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, ticarət mərkəzlərindən birinin qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik bəlli deyil.
Hadisədən sonra prospekt polis tərəfindən nəzarətə götürülüb, gediş-gəliş dayandırılıb.
Qeyd edək ki, Taksim meydanı yaxınlığında yerləşən məşhur İstiqlal caddəsi ticarət mərkəzləri, mağazalar və əyləncə məkanlarının olduğu, insanların piyada çox sıx hərəkət etdiyi yerdir. İstanbula gələn turistlər ən çox bu ərazidə olur.
Türkiyənin İstiqlal küçəsində partlayış baş verib.
Turaninfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışda yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.
Hələ ki, partlayışın səbəbi bilinmir.