Türkiyədə çadır şəhərciyində yanğın baş verib

Türkiyənin Mardin şəhərinin Derik qəsəbəsində yerləşən və suriyalı qaçqınların məskunlaşdığı çadır şəhərciyində yanğın baş verib.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 3 uşaq həlak olub, 6 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.
Gecə saat 03:00 radələrində baş verən yanğının səbəbi məlum deyil.
Suriyalı qaçqınlar üçün salınan çadır şəhərciyində 10 minə yaxın insan yaşayır.
Baş verən yanğınla bağlı cinayət işi açılıb, istintaq gedir