Türkiyədə böyük əməliyyat: TOMA-lar hazır vəziyyətdə

 
Türkiyə Silahlı Qüvvələri (TSQ) daxilində olan bir qrup FETÖ-çuya qarşı açılan istintaq işi çərçivəsində Foça Hərbi-Dəniz Donanmasının bazasında böyük əməliyyat başladılıb.
 
Axar.az xəbər verir ki, əməliyyat İzmir Polis İdarəsinə bağlı Terrora Qarşı Mübarizə Qurumu tərəfindən aparılır.
 
Əməliyyat bu gün səhər saatlarından keçirilir və Sahil Piyada Tuqay Komandanlığı və Foça Donanma Komandanlığını da əhatə edəcək. Hər ehtimala qarşı TOMA hərbi maşınları da hazır vəziyyətə gətirilib. Bazanın yüksək rütbəli zabitlərinin nəzarət altına alındığı bildirilib.