Türkiyədə bir gün ərzində 36 PKK terrorçusu məhv edilib

Türkiyənin Şırnak, Nusaybin, Yüksekova və Silvan rayonlarında keçirilən antiterror əməliyyatı nəticəsində son bir gün ərzində PKK terror təşkilatının 36 üzvü məhv edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
PKK üzvlərinə qarşı əməliyyatların hazırda Diyarbəkir, Şanlıurfa, Şırnak, Hatay, Gazıantep və Bitlis vilayətlərində davam etdiyi qeyd olunur.