Türkiyədə bir canlı bomba həbs olundu

Türkiyənin Konya vilayətində haqqında həbs qərarı olan və “canlı bomba” olduğu bildirilən bir qadınla qadın və ondan başqa 4 şübhəli polis tərəfindən saxlanılıb.
Avropa.info xəbər verir ki, Konya polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində biri qadın olmaqla 5 nəfərin saxlanıldığı bildirilir.
Təhlükəsizlik qüvvələrindən əldə olunan məlumata görə Konya Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməliyyat qrupları, vilayətin bəzi bölgələrində eynizamanlı əməliyyat həyata keçirib.
Həbs olunanların PKK-nın Suriya qolu PYD-nin üzvləri olduqları, Kobanidə təlim keçdikləri və Suriyadan iki gün əvvəl Konyaya gəldikləri bildirilir.