Türkiyədə atışma - 1xüsusi təyinatlı polis şəhid oldu

Türkiyənin Hakkari bölgəsinin Yüksəkovada polislə terrorçular arasında atışma olub. Atışma zamanı 1 xüsusi təyinatlı polis əməkdaşı şəhid olub.Onu da xüsusi vurğulayaq ki, 1992-ci il təvəllüdlü şəhid İdris Polada bu adı, Diyarbəkirdə şəhid olan əmisi İdrisin adınını verdikləri məlum olub.
Turaninfo.az məlumatına görə, atışma bir müddət davam edib. Hava şəraitinin normal olmadığına görə şəhid polis Türkiyənin Van şəhərinə göndərilib.
Şəhid polisin cənazəsi Vanda Jandarmanın təşkil edəcəyi mərasimdən sonra öz məmləkətinə yola salınacaq.Ruhuna fatihə!