​ Türkiyədə 85 milyonluq rüşvət QALMAQALI

İsveçrə dərman firmasının Türkiyədə rüşvətlə məşğul olduğu iddia edilib.
Turaninfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsveçrə dərman şirkəti “ Novartis”, reklam şirkəti vasitəsilə Türkiyədə  85 milyon dəyərində rüşvət paylayaraq yeni iş və rəqabət üstünlüyü qazanmaq ilə günahlandırılır.
 İddialarda “Novartis” dərmanlarının dövlət xəstəxanaları tərəfindən satın alınması və iki dərmanın Türkiyədəki adının dövlət icazəsi ilə dəyişdirilməsi də yer alıb. İddialara görə, bu dərmanların adlarının dəyişdirilməsi başqa ölkələrdə eyni şirkət dərmanlarının qiymətlərinin ucuzlaşmasının qarşısını alır.
 Naməlum şəxs tərəfindən irəli sürülən bu iddialarda “Novartis”in CEO-su Joe Jimenez, şirkətin yoxlama və qaydalar uyğunlaşma heyətinin sədri Srikant Datarın da adı yer alır.
 Deyilənə görə, “Novartis” vaxtilə “Alp Aydın” müşavirlik şirkətinə 290 min dollar rüşvət verib. Sosial Müdafiə Qurumu tərəfindən aparılan araşdırma sonrası onlar arasındakı əlaqə də kəsilib.
 “Novartis” isə bu iddiaları təkzib edib, əxlaq qurumlarına bağlılığını iddia edib və “Alp Aydın” şirkəti ilə işdən başqa bir əlaqənin olmadığını deyib.
 O da bildirilir ki, “Alp Aydın” şirkəti yazdıqları reseptdə “Novartis Türkiyənin” dərmanlarına daha çox yer verən həkimlərin qohumlarını işə götürürmüş. 
“Novartis” şirkət təmsilçisi Eric Althoff uyğunsuz davranışlarla bağlı bu iddiaları ciddiyə aldıqlarını və araşdırmağa başladıqlarını deyib. Ancaq bu araşdırmalar haqqında ictimaiyyətə heç bir açıqlama verilməyəcək.