Türkiyədə 8 PKK-çı zərərsizləşdirildi

Türkiyənin Diyarbəkir əyalətinin Hani, Çinar və Mərmər rayonlarına silahlı hücum edən terrorçu PKK qruplaşmasının 8 silahlısı zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, həmin rayonlarda keçirilən antiterror əməliyyatı nəticəsində 9 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd əl qumarası, 4 ədəd raket sursatı, bir ədəd gecəgörmə durbini, avtomat "Kalaşnikov"un 27 ədəd darağı və başqa silah-sursat, partlayıcı vasitələrdə istifadə edilən 70 kq ammonium-nitrat aşkarlanaraq götürülüb.
Qeyd edək ki, həmin terrorçuların Mərmərdəki terror hücumları nəticəsində 3 əsgər şəhid olub, 24 əsgər yaralanıb, Çinarda 3 körpə olmaqla, 6 nəfər həyatını itirib, 39 nəfər yaralanıb, Hanidə isə yerli polis idarəsinə qumbara atılması nəticəsində 3 əsgər şəhid olub, 45 nəfər isə yaralanıb.