Türkiyədə 500 ''bordo bereli'' antiterror əməliyyatına başladı

Türkiyənin "bordo berəli"ləri PKK terrorçularını zərərsizləşdirmək üçün böyük əməliyyata başlayıb.
 BAKU.WS-in məlumatına görə, Hataydakı Amanos dağlarında gizlənən 70-80 nəfərlik terrorçu dəstə təqib olunur. Jandarma Xüsusi Hərəkat, Jandarma Komando və Polis Xüsusi Təyinatlı dəstələrdən ibarət olan 500 nəfərlik qırmızı bərəli əməliyyatlara start verib.
Terrorçuların danışıqlarını izləyən Baş qərargah Xüsusi Təyinatlı Qüvvələr bölgəyə bordo bərəlilər göndərib. Hazırda Amanoslarda terrorçuları tapıb zərərsizləşdirmək üçün 500 nəfərlik dəstə "süpürmə" əməliyyatı keçirir.
70-80 nəfərlik terrorçuların başında 42 yaşındakı "Vedat" kod adlı Seyithan Sinet dayanır. Bölgədə olan terrorçular arasında uzun illər axtarılan terrorçuların olduğu bildirilir.