Türkiyədə 22 min polis işdən çıxarılıb

 
Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb.
 
Turaninfo.Az Report-a istinadən xəbər verir ki, nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb.
 
Bundan başqa, 3 569 nəfər nazirlikdəki vəzifəsinə bərpa edilib.
 
Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib.
 
Onların Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olduğu ehtimal edilir.

Загрузка...
Загрузка...