Türkiyədə 1563 hərbçi tutuldu – Canlı yayım

Separatçı FETO/PDY mənsublarının hərbi çevriliş cəhdi ilə açılan istintaq zamanı ölkə daxilində 754 Türkiyə Silahlı Qüvvələri mənsubu həbs olunub.
 Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, həbs qətimkan tədbirləri davam edir.
Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs edilən hərbçilərin sayı 1374-ə çatıb. Hazırda İstanbuldakı Kuleli hərbi liseyində əməliyyat keçirilir. Liseydə 80 müdavim saxlanılıb.
Son məlumata görə, əməliyyat nəticəsində saxlanılan hərbçilərin sayı 1563-ə çatıb. Hazırda əməliyyat davam edir.