"Türkiyə yeni "Ərəb baharı"na səbəb olacaq" - İdrisi

 
Türk xalqının dövlət çevrilişinə qarşı çıxması ərəb gənclərə örnək olacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri ərəb mütəfəkkir Əbu Zeyd əl-Mukri əl-İdrisi bildirib.
 
İdrisi imperialist qüvvələrin xəyalları söndürmək üçün qurduğu planları boşa çıxarmaq üçün gənc nəsillərin şüurlarının inkişat etdirilməsinin labüd olduğunu qeyd edib:
 
"Türkiyə bir ərəb ölkəsi deyil. Ancaq demokratiya üçün "Ərəb baharı"na dəstək verirdi. İndi burada dövlət çevrilişi cəhdi müvəffəqiyyətsiz olandan sonra işlər tərsinə döndü və sözügedən vəziyyət ərəb xalqlarının özü-özünü idarəetməsi xəyallarını söndürmək demək oldu. Qərbin ikiüzlü siyasəti, insan haqlarını bəhanə edərək narahatçılıqlarını bildirməsi yersizdir, hazırda Türkiyədə yalnız zərbənin kökünü kəsmək əsas məqsəddir".
 
 
İdrisi ərəb gənclərinin azadlıq və sosial ədalət üçün yenidən küçəyə çıxma ehtimalının güclü olduğunu, yalnız gənclər deyil, yaşlılar, analar və tələbələrin də meydanlara axışmasının lazım olduğunu bildirib.