Türkiyə yenə şəhid verdi, 5 polis əməkdaşı isə yaralandı

Bu gün Türkiyənin Qars vilayətində terrorçularla təhlükəsizlik əməkdaşları arasında atışma baş verib.
Turaninfo.az-ın “İhlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qarsın Sarıqamış qəsəbəsinə gələn bir qrup terrorçu əhalidən zorla qida məhsulları toplamağa başlayıb. Dərhal hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və PKK terrorçuları ilə silahlı qarşıdurma yaşanıb. Bu zaman iki polis əməkdaşı yaralanıb.
 Bildirilir ki, PKK terrorçuları atəş aça-aça meşəyə doğru gedib. Onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat həyata keçirilir.
PKK terrorçuları Türkiyədə daha bir partlayış törədib. Mardinin Nusaybin qəsəbəsində terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb. Polislərin ərazidən keçərkən baş verən partlayış nəticəsində 1 nəfər şəhid olub, daha 3 polis isə yaralanıb.