Türkiyə və Rusiya prezidentlərinin qarşıdakı görüşünün detalları açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda baş tutacaq görüşdə bir sıra iqtisadi və siyasi məsələləri müzakirə edəcəklər.
 
Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
 
Administrasiyadan qeyd ediblər ki, müzakirə edilməsi planlaşdırılan məsələlər sırasında Suriyada terror təşkilatları ilə mübarizə məsələsi də var: "Həmçinin, Rusiya və Türkiyənin birgə enerji layihələrinin müzakirə edilməsi gözlənilir. Tərəflər Ankara və Moskva arasında əlaqələrin gələcək inkişaf yollarını da müzakirə edəcəklər".