Türkiyə və İranın XİN rəhbərləri regional məsələləri müzakirə edəcəklər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.
 
Trend-in Tasnim agentliyinə istinadən verdiyi məlumata görə, o, türkiyəli həmkarı ilə görüşərək siyasi, iqtisadi və mədəniyyət məsələləri üzrə fikir mübadiləsi aparacaq və qarşılıqlı əlaqələrin aktivləşdirilməsi aspektlərini müzakirə edəcək.