​Türkiyə və İran prezidentləri Kürdüstandakı referendumu müzakirə etdilər

 
 
Türkiyə və İran prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı olub.
 
"Anadolu" xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələrlə yanaşı, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarı daxil olmaqla bölgədəki son hadisələr müzakirə olunub.
 
Tərəflər referendumun ləğv edilməməsinin regionda xaosa səbəb olacağını bildiriblər. Hər iki lider İraqın ərazi bütövlüyünə böyük əhəmiyyət verdiklərini vurğulayıb.
 
Görüşdə prezident Ərdoğanın 4 oktyabrda İrana edəcəyi səfərə də toxunulub. Sözügedən səfər münasibətilə, 2014-ci ildən bu yana hər il müntəzəm olaraq təşkil edilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının IV toplantısının da keçiriləcəyi qeyd olunub.
 
Cebhe.info

Загрузка...
Загрузка...