Türkiyə üçün əsl təhlükə oradan gələcək – Ankara üçün ŞOK XƏBƏRDARLIQ

Baxış sayı: 
235
0  
0  

Bütün gözlər İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəldiyi halda PKK-nın Suriya qolu olan PYD 3 mərhələli seçki prosesinə hazırlaşır.
Publika.az xəbər verir ki, bu haqda “Haberturk” qəzetinin yazarı Sərdar Turqut bildirib.
“Bütün dünyanın diqqəti İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəlib. ABŞ-ın dəstəklədiyi PYD isə Suriyanın şimalında muxtariyyət elan etməyə hazırlaşır”, - o yazıb.
Sərdar Turqutun Amerika təhlükəsizlik mənbələrinə istinad edərək verdiyi məlumata görə, masadakı yekun plan müstəqilliklərin elan edilməsindən sonra İraq və Suriyadakı muxtar strukturları birləşdirməkdir.
Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyi baxımından Şimali İraq əhəmiyyətli olsa da, Suriyanın şimalında baş verənlər diqqətdən qaçırılmamalıdır.
“Çünki Suriyanın şimalında yaşananlar Türkiyə üçün daha kritik nəticələr doğura bilər. Şimali İraqda referendum keçirildiyi günlərdə Suriyanın şimalında kürdlərin Rojava adlandırdığı bölgədə Demokratik Birlik Partiyası (PYD) tərəfindən bələdiyyələrə seçkilər keçirildi. PYD bununla da üç mərhələli seçki prosesinə başladı. Bu proses 2018-ci ilin yanvar ayında regional parlamentə seçkilərlə yekunlaşacaq. Noyabrda yerli şuralara, 2018-ci ilin yanvar ayında isə yerli parlamentə seçkilərin keçirilməsi nəzərdə tutulur”, - yazar vurğulayıb.
Sərdar Turqut bildirib ki, Suriyanın şimalındakı kürdlər Şimali İraqdakı kürdlərdən daha ağıllıdır:
“Suriyanın şimalındakı kürdlər Şimali İraqdakı kürdlər kimi reaksiya çəkməmək üçün bu prosesdə son hədəfin tam müstəqillik olmadığını Vaşinqtona da söylədilər. Şimali Suriyadakı kürdlər parlament seçkilərindən sonra müstəqillik istəmədiyini söyləyəcək. Amma bu, fikrimizcə, Suriya və Türkiyənin reaksiyalarına səbəb olmadan muxtariyyətin yaradılması üzrə strategiyanın bir parçasıdır”.
Yazar qeyd edir ki, bütün bu prosesləri nəzərə alsaq, Türkiyənin milli təhlükəsizliyinə əsl təhlükənin Suriyanın şimalından gəldiyini demək olar:
“Türkiyənın Şimali İraqda İran və İraqla birgə işləmək üçün bir çox variantları var. Amerika da uzun müddətli planını pozduğu üçün Məsud Bərzaniyə qəzəblənib. Ancaq Şimali Suriyada vəziyyət çox fərqlidir. Türkiyənin Dəməşqlə birbaşa əlaqəsi yoxdur və münasibətləri çox pisdir. Hər hansı vasitəçinin isə kürd məsələsində birgə hərəkət etməli olan Türkiyə və Suriyanın bir araya gətirəcəyi şübhəli görünür. Digər tərəfdən, Vaşinqton hazırda bölgədəki kürdləri tam dəstəkləyir”.
Ömər Dağlı

Загрузка...
Загрузка...