Türkiyə-Suriya sərhədində şiddətli qarşıdurma yaşanır

Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərinin qarşısındakı Suriya kəndlərində İŞİD ilə müxalif qruplar arasında silahlı qarşıdurma başlayıb.
Turaninfo.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Suriyanın Azez bölgəsinin İğdə, Düden, Savran və Baraqat kəndlərində İŞİD terrorçuları ilə müxaliflərdən ibarət olan Fetih Ordusu arasında qarşıdurmalar davam edir.
Məlumata görə, tez-tez silah və partlayış səslərinin eşidildiyi Suriya kəndlərindən yüksələn dumanlar sərhədin Türkiyə tərəfindən də görünür.