​Türkiyə "Şanxay"a üzv olur – Rəsmi

 
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa Birliyi (AB) əvəzinə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağını açıqlayıb.
 
Axar.az xəbər verir ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran prezident AB ilə danışıqların ləğv ediləcəyi xəbərdarlığını edib:
 
“Breksit” mənə görə gözəl bir hadisə oldu. Yəni Avropada digər ölkələr də bu yolu seçə bilər. Fransadan, İtaliyadan artıq bu tip fikirlər səslənir.
 
Bəziləri tənqid edə bilər, ancaq mənim fikrim Şanxay Əməkdaşlıq Təşkilatıdır. Niyə də olmasın? Bunu cənab Putin və Nazarbayevə də dedim. 5 ölkənin iştirakı ilə qurulan bu təşkilata sonradan Özbəkistan, Pakistan, Hindistan kimi ölkələr də daxil oldu. İran da daxil olmaq istəyir. Cənab Putin “Bunu müzakirə edirik”, dedi. Ümid edirəm ki, Türkiyənin təşkilata üzvlüyü ölkəmizə əlavə üstünlük qazandıracaq”.

Загрузка...
Загрузка...