"Türkiyə Rusiyadan üzr istəyib"

 
Moskva ikitərəfli əlaqələrin bərpası üçün işə başlayacaq.
Vladimir Putin
"Türkiyə vurulan qırıcıya görə Rusiyadan üzr istəyib. Yaxın zamanda Moskva ölkələr arasında ikitərəfli əlaqələrin bərpası üçün işə başlayacaq". Turaninfo.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
 
Putin ötən n rk həmkarı ilə arasında baş tutan telefon danışığından da bəhs edib.
 
Putin Ərdoğana zəng etdi - 7 ay sonra
Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış ediblər.
 
 Ərdoğan Putindən üzr istəməyib
Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərara əsasən, Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırmaq barədə qərar qəbul edib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl rusiyalı həmkarı Vladimir Putinə 2015-ci il noyabrın 24-də baş verən qırıcı qalmaqalına görə üzrxahlıq edib.