Türkiyə Rusiyadan “S-400” kompleksləri aldı - 2,5 MİLYARDA

Baxış sayı: 
138

Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini aldı.
Publika.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə mətbuata “Rostex”in baş direktoru Sergey Çemezov məlumat verib.
Yerli mətbuata müsahibəsində S.Çemezov bildirib ki, Türkiyə Rusiyadan dəyəri 2,5 milyard dollar olan 4 divizion “S-400” zenit-raket kompleksi alıb: “İki ölkə arasında “S-400”-lərin əldə olunmasına dair danışıqlar yekunlaşıb. Sadəcə Moskvanın kredit ayırması istiqamətində yekun sənədlərin imzalanması qalıb. Müqaviləyə əsasən, ümumi məbləğin (2,5 milyard dollar) ilkin 45 faizi avans kimi, digər 55 faizi isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. “S-400” zenit-raket kompleksləri 2020-ci ilin mart ayı üçün tədarük ediləcək”.
Xatırladaq ki, rəsmi Moskva ilə Ankara arasında “S-400” zenit-raket komplekslərinin alınması haqqında rəsmi saziş cari ilin sentyabr ayında imzalanıb.
Könül Cəfərli

Загрузка...
Загрузка...