"Türkiyə Rusiya Su-24 təyyarəsi hadisəsi ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib".

 
"Türkiyə Su-24 ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib" - Türkiyə Prezidentinin Administrasiyası

Bunu Trend-ə Türkiyə Prezidentinin Administrasiyasından deyiblər: "Məktubda Ərdoğan Su-24-ün həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və Rusiya təyyarəsi hadisəsi ilə əlaqədar təəssüfləndiyini bildirib".
 
Qeyd ediblər ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinə çıxış edir: "Ankara Moskva ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".