Türkiyə rus pilota heykəl qoyacaq

Türkiyənin Kəmər vilayətinin bələdiyyəsi həlak olan Su-24 təyyarəsinin  pilotu Oleq Puşkovun adını əbədiləşdirmək istəyir.
 Axar.az xəbər verir ki, bu barədə “Veles” beynəlxalq mədəniyyət və həmrəylik dərnəyinin sədri Nadejda Pelit məlumat verib.
 Onun sözlərinə görə, Kəmər bələdiyyəsi rayonun mərkəzində Oleq Peskovun adını daşıyacaq park açmağı planlaşdırır. Bundan başqa, parkın içində pilotun abidəsi də ucaldılacaq.
 Qeyd edək ki, dünən  Bələdiyyə sədri Mustafa Gül pilotun ailəsinə ev vermək istədiklərini açıqlamışdı. Lakin pilotun qardaşı Pavel Puşkov bu hədiyyəni qəbul etməyəcəklərini bildirib.
 Xatırladaq ki, ötən ilin 24 noyabrında Rusiyanın Suriyadakı Su-24 döyüş təyyarəsi Türkiyə sərhədlərini pozduğu üçün vurulmuşdu. İki ölkə arasında 7 ay davam edən gərginlikdən sonra münasibətlərin bərpa olunması üçün razılıq əldə olunub.