​Türkiyə qəzəb içində: “PKK çox ağır cavab verəcək”

 
PKK yaxşı bilməlidir ki, Türkiyə 15 iyuldan sonra çox güclənib.
 
Axar.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyə Müdafiə naziri Fikri İşıq söyləyib.
 
Onun sözlərinə görə, PKK-nın artıq ordunun içərisindəki xainlərdən dəstək almaq ehtimalı yox olub:
 
“Bundan sonrasını PKK düşünsün. 15 iyuldan sonra etdiklərinə görə çox ağır cavab verəcəklər. Buna görə heç bir tərəddüd etmirik. FETÖ-nun xəyanətini əfv etmədiyimiz kimi PKK-nı da əfv etməyəcəyik. PKK qlobal güclərin bölgədəki maşasıdır”.