Türkiyə "Qasırğa"nı Suriya sərhədinə gətirir

Türkiyə Suriya sərhədinə Qasırğa-TRG/300 raket sistemi yerləşdirəcək.
 Axar.az xəbər verir ki, ABŞ-ın HİMARS sistemindən  üstün olması ilə seçilən “Qasırğa” 130 km-ə qədər hədəfləri vurmaq qabiliyyətinə malikdir.
 Məlumata görə, 300 millimetr kalibrli raketləri ata bilən silah 70 metr radiusda təsir qüvvəsi var.
 “Qasırğa”nın Suriyanın Munbic mahalından terrorçular tərəfindən atılan raketlərə qarşı qoyulacağı ehtimal edilir.
 Qeyd edək ki, ABŞ hökuməti Suriyadan gələn təhlükələrə qarşı Türkiyəyə HİMARS raket sistemi göndərcəyini bildirsə də, bunu yerinə yetirməyib.