Türkiyə qana boyandı

Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib
Politika.Az-ın “Anadolu”-ya istinadən xəbər verir ki, nəticədə 4 nəfər xəsarət alıb.
Məlumata əsasən, yaralılar təcili yardım maşınları ilə Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar.
İnsident nəticəsində bir neçə binaya zərər dəyib. Partlayışın başvermə səbəbləri hələ ki, məlum deyil.
İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.